Blinken bildirib ki, ABŞ-ın Rusiyanı terrorun sponsoru kimi tanıması sərfəli deyilbackend

Rusiyanı terrora sponsorluq edən ölkələr siyahısına əlavə etmək ABŞ üçün sərfəli deyil. TASS xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Amerika Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxışı zamanı deyib.

O qeyd edib ki, təcavüz və terror iki fərqli şeydir və Rusiya bu tərifə uyğun gəlmir.

Blinken vurğulayıb ki, Rusiya Federasiyasının terrorizmin sponsoru kimi tanınması “bəzi çoxtərəfli əməkdaşlığa” və Rusiya Federasiyasına qarşı sanksiya tətbiq edilən hərəkətlərin koordinasiyasına xələl gətirmək təhlükəsi yaradır.

Mənbə: TASS