Əgər Vaşinqton 6 fevral danışıqları zamanı irəliləyiş və məqbul bir razılaşma perspektivi görərsə, ABŞ İrana qarşı güc tətbiq etməkdən çəkinəcək. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bunu Newsmax-da bildirib.
Hərbi rəsmi bildirib ki, “Prezident Donald Tramp sonsuz səbirli olmayacaq, amma irəliləyiş, hərəkət, potensial razılaşma görərsə, mütləq hər şeyi nəzərə alacaq”.
Uitakerin sözlərinə görə, əgər İran nüvə ambisiyalarından imtina etməkdə ciddidirsə, iki ölkə arasında razılaşma əldə oluna bilər, “amma əgər belə olmazsa, nəticələr onlar üçün ağır olacaq”.















