Şimali Dakota ştatının senatoru Duq Larsen, həyat yoldaşı və iki uşağı Yuta ştatında təyyarə qəzasında həlak olub. Bu barədə “Associated Press” Senatda Respublikaçıların çoxluğunun lideri Devid Hoqun həmkar senatorlara məktubuna istinadən xəbər verir.
Məktubda deyilir: “Senator Doug Larsen, arvadı Emi və iki uşağı ötən axşam Yuta ştatında təyyarə qəzasında həlak olublar”.
Aydın olur ki, senator arvadı və uşaqları ilə birlikdə Skottsdeyldə ailəsinə baş çəkib və fəlakət baş verən zaman evə qayıdırmış.
Mənbə: A Haber














