İnternetə sızan gizli Pentaqonun sənədləri İsrailin Ukraynaya öldürücü silahlar verməsi ssenarilərini müzakirə edir.
Bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, “İsrail: Ukraynaya öldürücü yardımın göstərilməsi yolları” adlı sənəddə İsrailin Ukrayna Silahlı Qüvvələrinə (AFU) öldürücü silah tədarükünü nəzərdən keçirə biləcəyinə dair sübutlar var.
İsrail ABŞ-ın artan təzyiqi altında belə bir addım ata bilər. Digər səbəb isə Rusiya ilə münasibətlərin mümkün pisləşməsidir.
İctimai.az

