Britaniyanın BBC Yayım Korporasiyası Twitter-dən tələb edib ki, “Dövlət mediası” etiketini qaldırsın, bu da onun dövlət tərəfindən maliyyələşdirildiyini bildirir.
Bu barədə CNN məlumat yayıb. Söhbət 2,2 milyon abunəçisi olan korporasiyanın hesabından getdiyi vurğulanır.
Eyni zamanda, BBC-nin digər hesabları dövlət tərəfindən maliyyələşdirilməyib. “Bu problemi mümkün qədər tez həll etmək üçün Twitter ilə danışıqlar aparırıq. BBC həmişə müstəqil olub və qalır. Biz Britaniya ictimaiyyəti tərəfindən lisenziya haqqı ilə maliyyələşirik.
İctimai.az

