ABŞ-ın Ukraynaya yardım üçün nəzərdə tutulan büdcə xərcləri açıqlanıbbackend

ABŞ Ukraynaya 61 milyard dollar məbləğində yardım göstərə bilər, bu barədə CNN ABŞ Konqresinin Nümayəndələr Palatasına göndərdiyi qanun layihəsinin mətninə istinadən yazır.

Bu məbləğin 11,3 milyard dolları “ABŞ-ın regionda davam edən hərbi əməliyyatlarının” maliyyələşdirilməsinə, 13,8 milyard dolları isə ABŞ-da Ukrayna üçün silah və müdafiə məhsullarının alınmasına, eləcə də əlaqəli xidmətlərə gedəcək. Eyni zamanda, bu məbləğin 23 milyard dolları Ukraynaya əvvəlki hərbi yardım çatdırılmasından sonra ABŞ-ın arsenallarının bərpasına yönəldiləcək.

ABŞ-ın 95 milyard dollarlıq hərbi yardım layihəsi Ukraynaya dəstək üçün vəsaitdən əlavə, İsrailə 26 milyard dolların ayrılmasını nəzərdə tutur ki, bunun da 9,1 milyard dolları fələstinlilərə dəstək üçün ayrılacaq.

Mənbə: CNN