Çin İsraili Fələstinin Rəfahdakı hərbi əməliyyatından əl çəkməyə çağırıbbackend

Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq bildirib ki, Çin İsraili Qəzza zolağında atəşi dayandırmağa və Fələstinin Rəfah şəhərinə hücum planlarından əl çəkməyə çağırır. TASS bu barədə diplomatın BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışına istinadən xəbər verir.

Qenq Şuanqın sözlərinə görə, İsrail BMT Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsinin müddəalarını yerinə yetirməli, hücumları və atəşi dayandırmalı, Rəfaha hücuma başlamaq niyyətindən əl çəkməli, Qəzza zolağının blokadasını qaldırmalı və bütün keçid məntəqələrini açmalıdır.

Bundan əlavə, İsrailin humanitar işçilərin işinə müdaxilə etməmək və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) hücumları dayandırmaq öhdəliyi var.

Mənbə: TASS