ABŞ Xəzinədarlığı İrana qarşı sanksiyaları genişləndirərək Buşehrdəki neft-kimya şirkəti və 20 gəmini əhatə edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.
ABŞ Xəzinədarlığı daha əvvəl İrana qarşı sanksiyalar siyahısına 10 nəfəri daxil edib.
Bundan əvvəl ABŞ İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri etirazları yatırtdığına görə sanksiya siyahısına daxil etmişdi.
Ötən ilin noyabrında İran ABŞ-dan 10 şəxs və 4 təşkilata qarşı sanksiya tətbiq edib.
Mənbə: Reuters
İctimai.az
