Bakı Dövlət Sirki yaz mövsümündə “DZİVA” sirk şousunun nümayişinə start verib

1 mart 2023-cü il tarixində Bakı Dövlət Sirki yaz mövsümündə “DZİVA” sirk şousunun nümayişinə start verib.

İctimai.az xəbər verir ki, hər zaman yenilikləri ilə seçilən Bakı Dövlət Sirki bu mövsümə də xüsusi fərqliliklə başlayıb.

Məhz yaz mövsümünün yeni şou proqramı ilk olaraq valideyn himayəsindən məhrum , sağlamlıq imkanları məhdud olan, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunub.

Belə bir təşəbbüsə görə izləyicilər Bakı Dövlət Sirki rəhbərliyi və kollektivinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, yaz proqramı martın 4-dən aprel ayının 30-na kimi həftənin şənbə və bazar günləri tamaşaçıların ixtiyarında olacaq.

Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək mümkündür.

Ətraflı məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.

(055) 959-12-12

(012) 597- 31-81

Oxşar xəbərlər