ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ rəsmiləri İranın “təhlükəli addımlarına” diplomatiya və məhdudlaşdırıcı tədbirlər vasitəsilə qarşı durmağı indiki vəziyyətdə ən yaxşı variant hesab edirlər.
Onun sözlərinə görə, bu fonda Vaşinqton Ər-Riyadın Tehranla qarşılıqlı əlaqəni normallaşdırmaq üzrə hərəkətlərini təqdir edir.
“Birləşmiş Ştatlar iqtisadi təzyiq, çəkindirmə və güclü müdafiə əməkdaşlığı ilə tamamlanan diplomatiyanın bu təhlükəli hərəkətlərin qarşısını almağın ən yaxşı yolu olduğuna inanmaqda davam edir. Biz Səudiyyə Ərəbistanının gərginliyi azaltma səylərini dəstəkləyirik”, – deyə Blinken TASS-dan sitat gətirib.
Müvafiq bəyanatı Dövlət Departamentinin rəhbəri səudiyyəli həmkarı şahzadə Feysəl bin Fərhan Əl Səud ilə danışıqların yekunu üzrə verib. Blinkenin qeyd etdiyi kimi, ABŞ Səudiyyə Ərəbistanının İranla münasibətləri sabitləşdirmək cəhdlərinə müsbət yanaşır.
