Yaponiyanın Fukuoka Rayon Məhkəməsi eynicinslilərin nikahına qoyulan qadağanın ölkə konstitusiyasını pozduğunu müəyyən edib, lakin iddiaçıların dövlətdən 1 milyon yen (təxminən 7,11 min dollar) məbləğində ödəniş almaq tələbini rədd edib.
Bu barədə Kyodo məlumat yayıb.
“Fukuoka Rayon Məhkəməsi nikah üçün mövcud hüquqi bazanın konstitusiyaya zidd olduğunu dəqiq müəyyən edə bilməyib”, – bəyanatda deyilir.
Qeyd olunur ki, ölkənin əsas qanunu kişi ilə qadın arasında nikahın mümkünlüyündən irəli gəldiyindən məhkəmə iddianı rədd edib. Eyni zamanda, eynicinsli nikahların tanınması və ya tanınmaması məsələsi Parlamentin qanunvericilik təşəbbüsünə aiddir.
Mənbə: Haber Global

