ABŞ İranı Oman körfəzində ələ keçirdiyi tankeri azad etməyə çağırıbbackend

Birləşmiş Ştatlar İran hakimiyyətini Oman körfəzində ələ keçirilən “Sent Nicholas” neft tankerini dərhal azad etməyə çağırıb. TASS xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə bildirib.

O, tankerin ələ keçirilməsini də qanunsuz adlandırıb. Patelin sözlərinə görə, İran tərəfinin bu cür hərəkətləri “beynəlxalq ticarəti pozmağa yönəlib”.

Yanvarın 11-də İranın Tasnim agentliyi İran Hərbi Dəniz Qüvvələrinin Oman körfəzi sularında Amerika neft tankerini saxladığını bildirib. Yunanıstanın Gəmiçilik və Ada Siyasəti Nazirliyi öz növbəsində Yunanıstanın Empire Navigation gəmiçilik şirkəti ilə əlaqəli olan St Nikolas neft tankerinin ələ keçirildiyini bildirib. Bu gəminin heyəti 18 filippinli dənizçi və bir yunan kapitandan ibarətdir.

Mənbə: TASS