ABŞ İranın nüvə problemini həll etməyin ən yaxşı yolunu açıqlayıb

ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Vaşinqton İrana qarşı istənilən addıma hazırdır, lakin Tehranın nüvə problemi də daxil olmaqla, narahatlıqları həll etmək üçün diplomatiya ən yaxşı yoldur.

Blinken deyib: “Biz İranın bir sıra məsələlərdə, o cümlədən bir çox digər ölkələrin ciddi etirazlarına səbəb olan hərəkətləri ilə bağlı lazım olan addımları atmağa hazırıq”.

Eyni zamanda o qeyd edib ki, bəzi məsələlərdə, o cümlədən İranın nüvə proqramı ilə bağlı ABŞ diplomatiyanı “davamlı nəticələrə” nail olmaq üçün ən yaxşı yol hesab etməkdə davam edir. Dövlət katibi vurğulayıb ki, Vaşinqton diplomatik həll üçün imkanlar axtarmağa davam edəcək.

Mənbə: TASS

Oxşar xəbərlər