Rusiya prezidenti Vladimir Putin kağız əvəzinə istifadə qaydasını müəyyən edən “rəqəmsal pasport” haqqında fərman imzalayıb.
Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Fevral ayında Rusiya lideri hökumətin iclasında müvafiq ideyanı dəstəkləyib. Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayev izah edib ki, texnologiya əksər hallarda orijinal şəxsiyyət vəsiqəsi əvəzinə smartfondan istifadə etməyə imkan verəcək. Dövlət başçısı vurğulayıb ki, bu cür xidmətlərə “yüksək tələbat var” və sadəcə olaraq, onların həyata keçirilməsini sürətləndirmək lazımdır.
Mənbə: Gazeta.ru
