Dekabrın 12-də BMT Baş Assambleyasında Qəzza zolağında təcili humanitar atəşkəs haqqında qətnamənin qəbul edilməsinin əleyhinə səs verən 10 ölkə arasında ABŞ, İsrail, Çexiya və Avstriya da var. Bu barədə RİA Novosti səsvermənin nəticələrinə istinadən xəbər verir.
BMT Baş Assambleyasında Qəzzada atəşkəslə bağlı qətnamənin lehinə 153 ölkə səs verib, 10 ölkə əleyhinə, 23 ölkə isə bitərəf qalıb. Qətnaməyə ABŞ, İsrail, Çexiya, Avstriya, Qvatemala, Liberiya, Mikroneziya, Nauru, Paraqvay və Papua-Yeni Qvineya qarşı çıxıb.
Bitərəf qalanlar arasında Ukrayna, Böyük Britaniya, Almaniya, İtaliya, Argentina, Hollandiya, Rumıniya, Litva, Gürcüstan və Bolqarıstan var.
Mənbə: RİA Novosti

