Sinqapur Texnologiya və Dizayn Universitetinin ASSET Araşdırma Qrupunun (ARG) mütəxəssisləri ən böyük çip istehsalçıları MediaTek və Qualcomm-a təsir edən 5G modemlərinin proqram təminatında 14 ciddi boşluq aşkar ediblər. Digər simsiz rabitə cihazları ilə yanaşı, müəyyən edilmiş təhlükəsizlik boşluqları ən məşhur brendlərin əksəriyyətinin smartfonları üçün təhlükə yaradır. Hesabat ARG-nin rəsmi saytında dərc olunub.
Mütəxəssislərin izah etdiyi kimi, 5Ghoul ümumi adı altında bir sıra zəifliklər Apple, Google, Samsung, Huawei, Nokia, Sony, Xiaomi, OPPO, Asus, Meizu, ZTE, Motorola, OnePlus və bir çox digər aparıcı brendlərin 714 smartfon modelinə təsir göstərir.
ARG müəyyən edib ki, 5Ghoul-un köməyi ilə təcavüzkarlar rabitəni kəsə və əlaqələri dondura, həmçinin məlumat ötürmə sürətini 5G-dən 4G-ə endirə bilərlər. Bəzi hallarda, hücumun nəticələri yalnız cihazı əl ilə yenidən başlatmaqla aradan qaldırıla bilər.
Mənbə: Gazeta.ru

