ABŞ İsraili qorumaq üçün Yaxın Şərqə döyüş təyyarələri göndərməyi planlaşdırırbackend

Birləşmiş Ştatlar bölgədə münaqişənin kəskinləşməsi fonunda Yaxın Şərqə əlavə döyüş təyyarələri yerləşdirməyə hazırlaşır. Bu barədə The New York Times (NYT) məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ Hərbi Hava Qüvvələrinə əlavə qüvvələrin köçürülməsi Tehranda HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ləğvindən sonra İranın İsrailə mümkün hücumu ilə bağlıdır.

Nəşrin mənbəsi iddia edir ki, Birləşmiş Ştatlar Yaxın Şərq regionunda öz qüvvələrinin döyüş hazırlığını artırmaq üçün “lazımi tədbirlər” görür.
Qeyd olunur ki, Yaxın Şərqə əlavə olaraq yerləşdiriləcək Amerika döyüş təyyarələrinin sayı barədə hələlik məlumat yoxdur.

Mənbə: A Haber