İki çinli aşpaz yeməklərinə ishal əleyhinə dərman qatdıqları üçün həbs edilibbackend

Çində iki aşpaz yeməklərinə ishal əleyhinə dərman əlavə etdiyinə görə həbs edilib. Onların sözlərinə görə, bayat yeməklər insanların mədəsini pozmasın deyə bunu ediblər.

KİV-in məlumatına görə, yerli otel restoranında işləyən iki aşpaz iki il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onlar 22 min dollar məbləğində cərimə ödəməli olacaqlar. Onlar ishalın müalicəsində istifadə olunan dərmanların əlavə edilməsi ilə “zəhərli qablar” hazırlamaqda günahlandırılıblar.

Müəssisənin mətbəxində axtarış aparan polis yüzlərlə bağlama dərman tapıb. Həbs olunan aşpazlar izah ediblər ki, bu yolla işləməli olduqları vaxtı keçmiş məhsulların təsirini zərərsizləşdirmək istəyirlər.

Mənbə: Haberler.com