Moldovada baş nazirin keçmiş müavininə hökm oxunubbackend

Moldova baş nazirinin keçmiş müavini Yuri Roska nüfuz alveri ilə bağlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

TASS xəbər verir ki, bu barədə Kişinyov rayon məhkəməsi qərar verib.

O, “Xüsusilə külli miqdarda fayda əldə etməklə təsir imkanlarından yararlanma” maddəsi ilə cinayət törətməkdə təqsirli bilinib. Hökm qüvvəyə minməmişdən əvvəl Roskanın ölkədən çıxışı qadağan edilib.

2009-cu ildə siyasətçinin məhkəmə qərarına təsir etmək vədi üçün bir iş adamından 227 min dollar depozit aldığı iddia edilir. İş 2017-ci ildə siyasətçinin Roskanın ondan 1 milyon dollar tələb etdiyini bildirərək təqsirini boynuna almayan bir sahibkarın danması əsasında açılıb.