ABŞ İsrailin Livandakı əməliyyatının İranla münaqişə riskini artıra biləcəyini bildiribbackend

İsrailin Livandakı şiə Hizbullah hərəkatına qarşı hücumu İran və ona bağlı silahlı birləşmələrin iştirakı ilə daha geniş münaqişə ehtimalını artıra bilər. Bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun Kabo-Verdedə Reuters agentliyinə müsahibəsində deyib.

Generalın fikrincə, İsrailin hərəkətləri və Hizbullah üçün təhlükə münaqişənin genişlənməsinə səbəb ola bilər. O qeyd edib ki, Hizbullah HƏMAS-la müqayisədə daha böyük potensiala malikdir və İrandan əhəmiyyətli dəstək alır.

Braun həmçinin vurğulayıb ki, İsrailin gələcək hərəkətlərini proqnozlaşdırmaq çətindir.

Mənbə: Reuters