Dərbənddə terror aktını törədən yaraqlılardan biri Abdulmanap Nurməhəmmədovun məktəbinin şagirdi və oğlu Khabib’s Eagles MMA klubunun döyüşçüsü Hacımurad Kagirov ola bilərdi. Bu barədə Mash adı açıqlanmayan Dağıstan Telegram kanallarına istinadən yazır.
Milli Antiterror Komitəsinin məlumatına görə, Dağıstanda keçirilən antiterror əməliyyatı zamanı 5 yaraqlı zərərsizləşdirilib.
İyunun 23-də axşam saatlarında Dağıstanın iki şəhərində silsilə terror aktları baş verib. Dərbənd və Mahaçqalada silahlılar iki pravoslav kilsəsini, iki sinaqoqu və yol polisi postunu atəşə tutublar. Respublika rəhbəri Sergey Melikovun sözlərinə görə, Dağıstanda 15-dən çox polis əməkdaşı terror aktının qurbanı olub.
Mənbə: Mash