Madaqaskar hakimiyyəti diplomatik missiya əməkdaşı statusuna uyğun olmayan hərəkətlərə görə Fransa səfirliyinin əməkdaşını ölkədən çıxarmaq niyyətində olduğunu açıqlayıb.
Bu barədə Madaqaskar Xarici İşlər Nazirliyinə çağırılan Fransa səfiri Arnaud Giyoisə məlumat verilib.
“Fransa səfirinə hakimiyyətin Antananarivoda akkreditə olunmuş Fransa səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etmək qərarı barədə məlumat verilib. Qərar onun statusuna uyğun olmayan hesab edilən hərəkətlərə görə verilib”, – Madaqaskar nazirliyi bildirib.















