Britaniyanın “Daily Mail” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Böyük Britaniya Kralı III Çarlzın çiyninə vuraraq protokolu pozub.
Məqalədə vurğulanır ki, kral protokoluna əsasən, kral cütlüyü ilə heç bir fiziki təmasa icazə verilmir. Bu vacib qaydaya baxmayaraq, Tramp Vaşinqtonda III Çarlzla görüş zamanı Britaniya monarxının çiyninə “nəzakətlə toxunub”. Qəzetin məlumatına görə, Ağ Ev rəhbəri III Çarla olan xüsusi sevgisini nümayiş etdirmək istəyib.
25 apreldə Reuters agentliyi III Çarlzın ABŞ-a səfərinə hazırlıq məqsədilə səhvən Vaşinqtonda Ağ Evin yaxınlığında Britaniya bayraqları əvəzinə Avstraliya bayraqlarının dalğalandığını bildirib.
III Çarlzın səfəri ABŞ-ın Britaniya hakimiyyətindən müstəqillik bəyannaməsinin 250 illiyini qeyd edir və hazırda monarxın tacqoyma mərasimindən bəri ən əhəmiyyətli səfər hesab olunur.














