Ukrayna Zelenskiyə qarşı çevriliş hazırlandığını açıqladıbackend

Ukraynada Prezident Vladimir Zelenskiyə qarşı “səssiz çevriliş”dən danışılır.

Ukraynalı politoloq Ruslan Bortnik bu barədə YouTube kanalında məlumat verib.

O, Ali Radanın spikeri Ruslan Stefançukun yerinə “Xalqın Xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiyanın gələ biləcəyi barədə şayiələr yayıb. Ekspert əlavə edib ki, bundan sonra “çox müxtəlif” yeni koalisiya yaradılacaq.

“Daha sonra parlament rəhbəri dəyişdiriləcək”, – deyə o, davam edib.

Politoloqun sözlərinə görə, daha sonra yeni baş nazir təyin olunacaq.