Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsində hərəkətdə olarkən yolu keçən piyada, 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Faktla bağlı cinayət işi başlanılıb.














