Rusiya nümayəndə heyətinin nümayəndəsinin G20 sammitindən əvvəl Bretton Vuds təsisatlarının yaz görüşlərində iştirakına qadağa qoyulub, bundan sonra ikitərəfli kanallar vasitəsilə Amerika tərəfinə demarş edilib.
RİA Novosti agentliyinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyətinin bir üzvünə ABŞ vizası və hətta iştirakçı nişanı verilməsinə baxmayaraq, tədbirlərdə iştirak etməkdən kənarlaşdırılıb. Daha sonra təsdiq mərhələlərinin tamamlanmadığı məlum olub.














