“Supertoys”da Marketinq direktoru vəzifəsinə YENİ TƏYİNATbackend

Sənan Nadirov “Supertoys” MMC-nin Marketinq direktoru təyin olunub.

İctimai.az BusinessTime-a istinadən xəbər verir ki, 5 ildən artıq marketinq sahəsində rəhbər təcrübəsinə malik olan Sənan Nadirov daha əvvəl Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “Azmerika” MMC, “SR Group” və “Cahan Holding” kimi şirkətlərdə çalışıb.

Karyerası ərzində o, strateji marketinq, rəqəmsal kanalların inkişafı, brend idarəçiliyi, PR, müştəri loyallığı proqramları, həmçinin korporativ səviyyəli rebrendinq ilə bağlı uğurlu layihələrə rəhbərlik edib.

Yeni vəzifəsində Sənan Nadirovun şirkətin marketinq strategiyasının gücləndirilməsi, brendin mövqeyinin daha da möhkəmləndirilməsi və satışların artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə rəhbərlik edəcəyi gözlənilir.

Qeyd edək ki, “Supertoys” mağazalar şəbəkəsi ölkədə uşaq məhsulları bazarında fəaliyyət göstərən aparıcı topdan və pərakəndə satış şəbəkələrindən biridir. Şirkət innovativ yanaşması, keyfiyyətə verdiyi önəm və daim yenilənən məhsul portfeli ilə bazarda lider mövqeyini qoruyaraq, müştərilərinə yüksək xidmət standartları təqdim edir. Hazırda ölkə üzrə 21 filial ilə fəaliyyət göstərən “Supertoys”, geniş şəbəkəsi vasitəsilə müştərilərinə daha əlçatan və rahat alış imkanları yaradır.