İsrail Qətər və Misir vasitəçiləri vasitəsilə Fələstinin Həmas hərəkatına Qəzza zolağında iki ay müddətində hərbi əməliyyatları dayandırmaq təklifini çatdırıb. Bu barədə Axios internet portalı anonim iki İsrail rəsmisinə istinadən xəbər verir.
Rəsmilər bildiriblər ki, on gün əvvəl İsrail hökuməti girovların azad edilməsi ilə bağlı yeni təklifin parametrlərini təsdiqləyib və bu, Fələstin tərəfinin rədd etdiyi əvvəlki variantlardan əhəmiyyətli dərəcədə fərqlənir.
Yeni təklifə əsasən, bütün girovların azad edilməsi bir neçə mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə qadınlar, 60 yaşdan yuxarı kişilər və ağır fiziki vəziyyətdə olan girovlar azad edilməlidir. Sonra bütün mülki kişi girovların və qadın hərbçilərin azad edilməsinə başlanılacaq. Və nəhayət, son mərhələdə, bütün İsrail kişi əsgərləri azad ediləcək.
Mənbə: Axios

