Markscheider Kunst qrupunun vokalisti Sergey Efremenko vəfat edibbackend

Sankt-Peterburqda Markscheider Kunst musiqi qrupunun vokalisti, gitara ifaçısı və söz yazarı Sergey Efremenko (Efr) 51 yaşında vəfat edib. Bu barədə “Sankt-Peterburq Mədəniyyəti” portalının redaktoru Kirill Reyn öz Telegram kanalında məlumat verib.

“Fontanka” nəşrinin məlumatına görə, sənətçi yanvarın 22-də Pokrovskaya xəstəxanasında dünyasını dəyişib.

Musiqiçi və bu qrupun direktoru Denis Raçkovun “Fontanka”ya verdiyi məlumata görə, Efremenko dekabrdan özünü yaxşı hiss etmirdi. Nəşr vokalistin yaxınlarına istinadən xəbər verir ki, sənətçi ayaqlarında olan xəstəliklərdən əziyyət çəkirdi və yalnız bu yaxınlarda səhhətinin qayğısına qalmağa başladı.

Mənbə: Lenta.ru