ABŞ kəşfiyyat orqanları Ukraynaya hərbi və maliyyə dəstəyinin dayandırılması imkanlarını araşdırmaq niyyətindədir.
Bu barədə Lenta.ru ABŞ-ın 2025-ci il üçün Milli Müdafiə Aktına istinadən xəbər verir.
Sənəddə bildirilir ki, ABŞ milli kəşfiyyatı və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərliyi 2025-ci il dekabrın 31-dək Ukrayna münaqişəsinin ehtimal olunan gedişatı barədə hesabat təqdim etməlidir.
Hesabatda Kiyevə yardımın dayandırılması ssenarisi, eləcə də Ukrayna qoşunlarının müstəqil şəkildə hərbi əməliyyatlar aparmaq qabiliyyətinin qiymətləndirilməsi yer almalıdır. Bundan əlavə, ekspertlər Ukrayna Silahlı Qüvvələri üçün Rusiya Federasiyasının dərinliklərində zərbələrə qoyulan qadağanın götürülməsi risklərini qiymətləndirməlidirlər.
Bundan əlavə, kəşfiyyatçılar Birləşmiş Ştatlar maliyyə və silah tədarükünü dayandırmaq qərarına gələrsə, Ukraynanın müttəfiqlərinin ona dəstək verməyə davam etməyə hazır olduqlarını müəyyən etməlidirlər.