ABŞ Konqresi Kaliforniya, Los-Anceles səlahiyyətlilərini təhqiq edəcəkbackend

ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Respublikaçı üzvləri Los-Anceles meri Karen Bass və Kaliforniya qubernatoru Qevin Nyusom tərəfindən regionu bürümüş etirazlar və iğtişaşlarla mübarizə aparmaq üçün gördüyü tədbirləri nəzərdən keçirməyə başlayıblar.

Bu barədə “Newsweek” məlumat yayıb.

Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer və konqresmen Kley Higgins Newsom, Bass və Ədliyyə Departamentinə ittiham məktubları göndəriblər.

“Onlar ABŞ prezidenti Donald Trampın Los-Ancelesdə iğtişaşçılar tərəfindən törədilmiş zorakılığa münasibətini pisləyib, ona qarşı zorakı iğtişaşçıların hərəkətləri ilə bağlı əsassız ittihamlara əl atıblar”, – nəşr yazır.

Comer həmçinin liderlərə iğtişaşlar və etirazlarla bağlı bir-biri ilə və polislə əlaqələrinin bütün qeydlərini verməyi əmr edib.