ABŞ KXDR peykinin Ağ Ev və Pentaqonu lentə aldığını təsdiq edə bilmədi

ABŞ Müdafiə Nazirliyi Şimali Koreyanın kəşfiyyat peykinin Ağ Evin və Pentaqonun görüntülərini çəkdiyinə dair xəbərlərin həqiqiliyini təsdiq edə bilməyib. Bu barədə RİA Novosti-yə Amerika hərbi idarəsinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton Pxenyanın KXDR peykinin Ağ Evin, Pentaqonun və Norfolkdakı hərbi-dəniz bazasında yerləşən Amerika təyyarədaşıyıcılarının fotoşəkillərini çəkməsi ilə bağlı iddiasını təsdiq edə bilməz.

Bundan əvvəl bildirilmişdi ki, KXDR-in kəşfiyyat peyki Ağ Evin və Pentaqonun fotolarını çəkib. Şimali Koreya lideri Kim Çen In bu fotoşəkilləri artıq görüb.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər