Papua-Yeni Qvineya sahillərində zəlzələ baş veribbackend

Seysmoloqlar Sakit Okeanın cənub-qərbində, Papua-Yeni Qvineyanın sahillərində 6,5 bal gücündə zəlzələ qeydə alıblar. Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Geoservisin məlumatına görə, yeraltı təkanların mənbəyi 12,3 kilometr dərinlikdə, fəlakətin episentri 25 min nəfərdən çox əhalisi olan Vevak şəhərindən 65 kilometr qərbdə, Şərqi Sepik əyalətində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Mənbə: Haber.com