ABŞ Xəzinədarlığı rəsmiləri aprel ayında Avstriya, Almaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan və İsveçrəyə səfər edəcək və burada Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınma ilə bağlı məsələlərlə bağlı məsləhətləşmələr aparacaqlar.
Bu barədə TASS ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Terrorla mübarizə və maliyyə kəşfiyyatına nəzarət edən ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson aprelin 16-18-də İsveçrəyə, 19 apreldə İtaliyaya, 20-21 apreldə Avstriyaya və 21-22 apreldə Almaniyaya səfər edəcək.
Maliyyə cinayətlərinə qarşı mübarizəyə cavabdeh olan maliyyə nazirinin köməkçisi Elizabet Rozenberq aprelin 23-26-da Qazaxıstana, 27-28-də isə Qırğızıstana səfər edəcək. Nelson və Rozenberq Rusiya əleyhinə sanksiyaların qarşısını almaq üçün nazirliyin “işini davam etdirəcəklər”.
İctimai.az
