Reuters xəbər verir ki, ABŞ məhkəməsi “Microsoft”un böyük kompüter oyunları tərtibatçısı Activision Blizzard-ı 69 milyard dollara satın almasını müvəqqəti olaraq bloklayıb.
Qeyd olunur ki, məhkəmə ABŞ Federal Ticarət Komissiyasının əməliyyatın bloklanması tələbini təmin edib. ABŞ hakimiyyəti ehtiyat edir ki, sövdələşmənin bağlanması oyun sənayesində rəqabəti azaltmaq təhlükəsi yaradır. Reuters-in məlumatına görə, Redmonddan olan korporasiya sövdələşməni bu cümə, iyunun 16-da bağlayacağını gözləyirdi.
Hakim Edvard Davila qeyd edib ki, müvəqqəti bloklama “şikayətin baxılması zamanı əməliyyatın status-kvonunu saxlamaq üçün lazımdır”.
Federal Ticarət Komissiyası 2023-cü ilin avqustunda başlayacaq tam hüquqlu məhkəmə prosesini başlatdı.
Mənbə: Reuters