ABŞ-ın müdafiə naziri Pit Heqset keçmiş dövlət katibi Hillari Klintonu Vaşinqtonla Moskva arasında gərgin münasibətləri idarə edə bilməməkdə ittiham edib. Bu barədə PJ Media-nın amerikalı köşə yazarı Mett Morqulis yazır.
Martın 2-də məlum olub ki, Pentaqonun rəhbəri ABŞ Kiber Komandanlığına Rusiyaya qarşı bütün fəaliyyətləri dayandırmağı tapşırıb. Bunu X sosial şəbəkəsində şərh edən Klinton naziri Moskvaya işləməkdə ittiham edib. Cavab olaraq Heqseth onun Rusiya xarici işlər naziri Sergey Lavrovla fotosunu dərc edib.
Morqulis qeyd edib ki, foto 2009-cu ildə, Klintonun “prezident Barak Obamanın dövlət katibi olarkən Rusiya ilə münasibətləri “yenidən qurmaq” üçün fəlakətli piarları zamanı” çəkilib. Görüşdə o, Lavrova ölkələr arasında münasibətlərdə təklif olunan yeni başlanğıcı simvolizə edən parlaq qırmızı düyməni verib.
Mənbə: Gazeta.ru