ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Donald Tramp administrasiyasındakı ukraynayönlü lobbini zəiflətmək üçün Vaşinqton və Kiyev arasında nadir torpaq metalları müqaviləsini pozmaq istəyib. Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Respublikaçı xarici siyasət eksperti nəşrə bildirib ki, Vans çox güman ki, Ağ Evdə resurs sənədinin imzalanmasını pozmağa cəhd edib. Politico-ya mənbə bildirib ki, ABŞ vitse-prezidenti anlaşmanın Tramp administrasiyasında Ukraynayönlü lobbisini gücləndirəcəyini anlayıb.
Ekspert bildirib ki, Ukrayna lideri Vladimir Zelenski “yemi götürüb”.