2025-ci il martın 10-dan etibarən WhatsApp messencerini köhnə smartfon modelləri dəstəkləməyəcək. Bu barədə “Proofy.rf” nəşri məlumat yayıb.
İlkin məlumatlara görə, bu proses 2025-ci il mayın 5-dək başa çatacaq.
Fevralın 17-dən etibarən WhatsApp Android 4.4 KitKat və daha köhnə versiyaları ilə işləyən qadcetlərdə işləməyəcək: Samsung Galaxy S3 və Note 2, birinci nəsil Motorola Moto G, HTC One X, LG Optimus G və Nexus 4, Sony Xperia modelləri.