ABŞ Müdafiə Nazirliyi Ukraynaya verilən silahları əvəz etmək üçün pul almayıbbackend

ABŞ Müdafiə Nazirliyi Ukraynaya verilən silahların dəyişdirilməsi üçün hələ də pul almayıb. Bu barədə “Politico” qəzeti Amerika hərbi departamentindəki mənbələrə istinadən yazır.

Materialda qeyd olunur ki, Pentaqon ölkə Konqresində müvafiq qərarın qəbulu gecikdiyinə görə vəd edilmiş vəsaitsiz qalıb. Eyni zamanda, bu günə qədər nazirlik Kiyevə ümumi dəyəri 10 milyard dollar olan silahlar ötürüb.

Anonim qalmaq istəyən yüksək rütbəli ABŞ hərbi məmuru deyib: “Biz bu gün mövcud olan maliyyə ilə Ukraynaya verdiyimiz hər şeyi kompensasiya edə bilmədik”.

Mənbə: A Haber