ABŞ-nin vitse-prezidenti Cey Di Vens Milanda Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirakını yekunlaşdırdıqdan sonra Azərbaycan və Ermənistana yola düşəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
O, İtaliyada təşkil olunacaq idman yarışında ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Qrupa Vensin həyat yoldaşı, dövlət katibi və ABŞ-nin İtaliyadakı səfiri daxildir.
Xəbərdə bildirilir ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezidentə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması prosesində aktiv iştirak etməyi tapşırıb.
Qış Olimpiya Oyunlarının açılışı fevralın 6-da İtaliyanın Milan şəhərində keçiriləcək.
Xatırladaq ki, yanvarın sonunda Tramp Vensin Ermənistan və Azərbaycana səfər edəcəyini açıqlamışdı.














