ABŞ ordusu Qırmızı dənizdə Husilərin iki qanadlı raketini ələ keçiribbackend

ABŞ hərbçiləri son 24 saat ərzində Qırmızı dənizdə Yəmənin üsyançı husilərin Ənsar Allah hərəkatına məxsus iki gəmi əleyhinə qanadlı raketi ələ keçirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Komandanlıq bu raketləri özünümüdafiə məqsədi ilə vurduqlarını, onların bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri üçün birbaşa təhlükə olduğunu bildirib. Bu, martın 4-də saat 20:00-da baş verib.

Bundan əlavə, saat 15:50-16:15 arasında husilər Liberiya bayrağı altında olan konteyner gəmisinə iki gəmi əleyhinə qanadlı raket atıblar. Gəmilərdən birinə ziyan dəysə də, xəsarət alan olmayıb. Konteyner gəmisi yardım istəmədi və təyin olunmuş kursu izləməyə davam etdi.

Mənbə: Haber Global