Litva Çexiyanın Ukrayna üçün mərmi almaq təşəbbüsünə qoşulmaq istəyirbackend

Litvanın baş naziri İnqrida Simonyte çexiyalı həmkarı Petr Fiala ilə telefon danışığında Vilnüsün Praqanın Ukrayna üçün mərmi almaq təşəbbüsünə qoşulacağını bildirib.

Bu barədə TASS siyasətçinin mətbuat xidmətinə istinadən xəbər verir.

Litva hökumətinin başçısı qeyd edib ki, bu təşəbbüs xüsusilə Ukraynaya döyüş sursatının tədarükünün ləngiməsini nəzərə alaraq çox vacibdir.

“Litva Ukraynaya yardımın bütün formatlarını dəstəkləyir. Bu dəfə də belə olacaq”, – Simonyte bildirib.