Avstraliyalı milyarder Rusiyada biznesə qarşı sanksiyalara məhkəmədə etiraz edibbackend

Avstraliyalı iş adamı Pol Little Rusiyada törəmə şirkətləri olan kömür şirkətindəki payını sata bilmədiyini bildirib.

Bu barədə “Australian Financial Review” (AFR) məlumat yayıb.

Qəzetin yazdığına görə, Little və onun həyat yoldaşı, Melburn Universitetinin rektoru Ceyn Hansen Sibir Arktikasında kömür hasil edən və onu Asiyaya göndərən Tigers Realm Coal (TIG) şirkətində 5,6% paya sahibdirlər. Məlumdur ki, milyarder və həyat yoldaşı Namarong Investments adlı özəl müəssisə vasitəsilə öz paylarına sahibdirlər.

2023-cü ildə Avstraliya Xarici İşlər və Ticarət Departamenti (DFAT) rəsmiləri TIG-nin Avstraliyanın 2022-ci il sanksiyalarını pozmasının “ehtimal” olduğunu söylədi. Şirkət də öz növbəsində buna məhkəmə yolu ilə etiraz etmək qərarına gəlib.

TIG-nin maraqlarını təmsil edən hüquqşünas Kristofer Uord qeyd edib ki, Avstraliyanın sanksiyalar rejimi mədən şirkətinə şamil edilmir, çünki söhbət Rusiya Federasiyasının ərazisi daxilində tədarükdən deyil, sərhəddən dəniz və ya quru yolu ilə çatdırılmalardan gedir. Eyni zamanda, Avstraliya Xarici İşlər Nazirliyinin maraqlarını təmsil edən vəkil Perry Hertzfeld iddia edir ki, şirkət ixrac məqsədi ilə Rusiya Federasiyası boyunca tədarüklər həyata keçirib.

Mənbə: Gazeta.ru