ABŞ prezidentliyinə namizəd Meksikanı işğal etməklə hədələyir

ABŞ prezidentliyinə namizəd, Florida qubernatoru Ron DeSantis Meksikanın narkotik kartellərinə qarşı mübarizədə istənilən gücdən istifadə edəcəyinə söz verib, The Hill yazır. Onun sözlərinə görə, 2024-cü il seçkilərində qalib gəlsə, Meksika hakimiyyətinin köməyi ilə və ya köməyi olmadan bu təhlükəni tamamilə məhv etməyə çalışacaq.

“Bizim onları məsuliyyətə cəlb etmək hüququmuz var və bu, təkcə onlar təsadüfən sərhədimizi keçdikdə deyil. Əgər Meksika bu işdə bizə kömək etməyəcəksə, onda biz üzərimizə düşəni etməliyik” dedi DeSantis.

Meksika torpaqlarında kartellərə qarşı pilotsuz təyyarələrdən istifadə edib-etməyəcəyi ilə bağlı suala siyasətçi əlavə edib ki, ABŞ öz ölkəsini müdafiə etmək hüququnu özündə saxlayır. DeSantis vurğulayıb ki, kartellər “xarici terror təşkilatı” kimi ştatın vətəndaşlarına ziyan vuraraq Amerika ərazisinə soxulur.

Mənbə: Haberler.com

Oxşar xəbərlər