Gənclər arasında dünya çempionatında on həndbolçu itkin düşübbackend

Bu günlərdə Xorvatiyada keçirilən gənclər arasında dünya çempionatı zamanı Burundi millisinin 10 həndbolçusu itkin düşüb, Mundo Deportivo xəbər verir.

2006-cı il təvəllüdlü on həndbolçu avqustun 9-da Riyekadakı universitet rezidensiyasının binasını tərk edərək naməlum istiqamətə çıxıb.

Polis itkin düşənlərin axtarışına başlayıb. Hazırda idmançıların şəxsiyyəti və hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Məmbə: Sport.ru