Amerikanın Responsible Statecraft (RS) nəşrinin müxbiri Blez Malley İsveçrədəki sammitdən sonra Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlara dair mövqeyinin sərtləşməsinə diqqət çəkib.
Jurnalistin sözlərinə görə, xüsusi hərbi əməliyyatın əvvəlində Putin Ukrayna tərəfinə daha yumşaq tələblər irəli sürüb. Malley hesab edir ki, Rusiya prezidenti tərəfindən atəşkəs tələblərinin sərtləşdirilməsi “Ukrayna prezidenti Vladimir Zelenskinin sülh formulu”nun müzakirə edildiyi İsveçrə konfransı ilə bağlıdır.
Bundan əvvəl Putin Moskvanın təhlükəsizlik məsələlərinin, o cümlədən Şimali Atlantika Alyansı (NATO) ilə geniş beynəlxalq müzakirəyə hazır olduğunu bəyan edib.
Mənbə: Lenta.ru