Husilər ilk dəfə olaraq öz istehsalı olan “Toufan-1” adlı pilotsuz qayığı nümayiş etdiriblər. Görüntüləri Yəmənin Ənsar Allah hərəkatının Siyasi Büro üzvü Nəsrəddin Amer X sosial şəbəkəsindəki hesabında yayımlayıb.
Qeyd olunur ki, qayıq 150 kq partlayıcı maddə daşıyır və manevr qabiliyyətinin artması, gizliliyi və sürəti ilə fərqlənir.
Pilotsuz qayığı həm avtomobildən, həm də uzaqdan idarə etmək mümkündür. Qayıq Yaponiyanın Yamaha mühərriki ilə təchiz edilib.
Mənbə: TASS