ABŞ rəsmi olaraq İrana məxsus pilotsuz təyyarənin məhv edildiyini təsdiqləyibbackend

ABŞ Hərbi Hava Qüvvələrinin F-35C qırıcı təyyarəsi ABŞ-ın “Abraham Linkoln” təyyarədaşıyan gəmisinə aqressiv yaxınlaşdıqdan sonra İrana məxsus “Şahed-139” pilotsuz təyyarəsini vurub. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins Fox News-a bildirib.

“Abraham Linkoln” gəmisi Ərəb dənizində, İranın cənub sahillərindən təxminən 800 kilometr aralıda yerləşirdi. ABŞ ordusunun beynəlxalq sularda gördüyü deeskalasiya tədbirlərinə baxmayaraq, pilotsuz təyyarə gəmiyə doğru gedirdi.

Hokins bildirib ki, pilotsuz təyyarə gəmini və onun heyətini qorumaq üçün özünümüdafiə məqsədilə vurulub.