ABŞ Rusiya və Çinin planlarına cavab olaraq Ayda Atom Elektrik Stansiyasının tikintisi proqramını sürətləndirə bilərbackend

ABŞ-ın nəqliyyat naziri və ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) administratoru vəzifəsini icra edən Şon Daffi bu həftə Ayda nüvə reaktorunun qurulması proqramını sürətləndirmək planlarını açıqlamağı planlaşdırır, Politico xəbər verir.

NASA-nın direktivində vurğulanır ki, Yerin peykində atom elektrik stansiyası tikən ilk ölkə ABŞ-ın seçimlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq “qadağan olunmuş zona” elan edə biləcək. Bu ehtimalla əlaqədar olaraq NASA 2030-cu ilə qədər kosmosa göndərilməsi planlaşdırılan 100 kilovatlıq nüvə reaktorunun tikintisi üçün podratçı axtarışlarına başlayır.

NASA-nın yüksək səviyyəli rəsmisinin sözlərinə görə, bu vəziyyətdə “ikinci kosmik yarışda qalib gəlməkdən danışırıq”.