ABŞ Rusiyada amerikalı hərbçinin saxlanmasından danışıbbackend

Rusiya tərəfi Vladivostokda amerikalı hərbçinin qanunu pozmaqda şübhəli bilinərək saxlanılması ilə bağlı ABŞ-a məlumat verib. RİA Novosti xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sintia Smit bildirib.

“Rusiya Dövlət Departamentini Konsulluq Münasibətləri üzrə Vyana Konvensiyasına uyğun olaraq saxlanması barədə xəbərdar edib” deyən Smit, keçən həftə Vladivostokda Rusiya təhlükəsizlik qüvvələrinin qanunsuz davranış ittihamı ilə bir Amerika əsgərini saxladığını qeyd etdi.

Pentaqonun nümayəndəsinin sözlərinə görə, məhbusun ailəsi insidentlə bağlı məlumatlandırılıb və Dövlət Departamenti ona konsulluq dəstəyi göstərir. Lakin Smit hadisənin həssaslığını əsas gətirərək heç bir əlavə məlumat verməyib.

Mənbə: RİA Novosti